Çillərdən qurtulmağın 10 asan yolu

Sarışın qadınların fərqli gözəlliyi hesab edilən çillər bəzi sarışınları çox narahat edir. Buna görə çillərdən xilas olmağın müxtəlif yollarını axtarırlar. Çillərdən qurtulmaq istəyirsinizsə, bu məsləhətlərə əməl edin.

1. Yazda və yay aylarında cəfəri yarpaqlarından, payız aylarında isə cəfəri kökündən maska hazırlayın. Cəfərini blenderdən keçirib, pürə halına gətirin və təmizlənmiş dərinizə sürtün. Göz altına cəfəri sürtməyin. Bu maskanı 20-30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq suyla yuyun və üzünüzə nəmləndirici krem sürtün.
Davamı →

Qısa ayaqlı xanımlar üçün məsləhətlər

Sadə rənglərə daha çox üstünlük verin. Çox rəngli parçalar ayaqlarınızın qısa olduğunu ortaya çıxarar. Sadə rəng köynək və şalvar bütövlük hissi yaradar və ayaqlarınıza çox diqqət çəkməz.

Uzun ətəklər ayaqlarınızı daha qısa göstərəcək. Buna görə mini ətəklər məsləhət görərdik. Mini geyinməyə çəkinirsinizsə, dizin bitdiyi yerə qədər olan ətək geyinin, amma qətiyyən ondan uzun olmasın.

Biləkdən bağlanan ayaqqabılar geyinməyin.

Dikdaban ayaqqabılar ayaqları qısa olan xanımların “xilasedici qəhrəmanıdır”. Dikdaban geyinməyi gizlətmək istəyirsinizsə, ayaqlarınızı örtəcək bol şalvarlar geyinin.

Yüksək belli ətək və şalvarlar geyinin.

Dar şalvarlar bədəninizə yapışdığından ombanızın harada başlayıb, harada bitdiyini açıq aydın göstərir. Buna görə dar şalvarlar geyinməyin.

Uzun və bol ətəklər sizi zərif və uzun göstərəcək. Ancaq ətəyinin yerlə sürünməməyinə diqqət edin.
Davamı →

Kimə hansı rəng yaraşır?

Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.

Yaz rəngləri


Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır. ]
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.

Yaraşan rənglər: 
  • Əsas rəng — parlaq narıncı.
  • Bej rəngi
  • Isti sarı rəng (limon rəngi yaraşmır)
  • Şampan rəngi
  • Narıncı rəngə çalan
  • sarı
  • Parlaq narıncı rəng
  • Açıq qəhvəyi rəng
  • Kərpic rəngi
  • Tomat rəngi
  • Qızılı qəhvəyi rəng
  • Çəhrayı rəng
  • Qızılı yaşıl rəng
  • Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.


Qış rəngləri


Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz. 

Yaraşan rənglər: 
  • Əsas rənglər — ağ və qara.
  • Gümüşü rəng, dəmir rəngi
  • Limon rəngi
  • Qırmızı rəng
  • Parlaq çəhrayı rəng
  • Soyuq çalarlı tünd qəhvəyi rəng
  • Bənövşəyi rəng
  • Parlaq göy rəng
  • Zümrüd rəngi
  • Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yay rəngləri


Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.

Yaraşan rənglər:
  • Əsas rənglər – boza çalan mavi, göy.
  • Yumşaq pastel tonlar
  • Səma rəngi
  • Çəhrayı rəng
  • Boza çalan qəhvəyinin bütün çalarları
  • Çəhrayıya çalan qəhvəyi rəng
  • Tünd qırmızı rəng
  • Bozun bütün çalarları
  • Parlaq olmayan soyuq rənglər

Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Payız rəngləri


Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.

Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.

Yaraşan rənglər: 
  • Əsas rənglər — tünd qəhvəyi və ya tünd yaşıl.
  • Fil sümüyü rəngi
  • Qızılı bej rəngi
  • Tünd sarı rəng
  • Tutqun narıncı rəng
  • Qızılı qəhvəyi rəngin bütün çalarları
  • Bal rəngi
  • Pas rəngi
  • Yaşıl rəng
  • Göyə çalan yaşıl rəng
  • Qaraya çalan göy rəng
  • Başqa parlaq olmayan isti rənglər

Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.
Davamı →

Ayaqları incəldən 5 hərəkət

Hollivud məşhurları arıqlamaq üçün tanınmış məşqçi Harley Pasternaka müraciət edirlər. Məşqçi ayaqları daha daha seksual göstərə bilmək üçün 5 hərəkəti yerinə yetirməyi tövsiyə görür. Daha gözəl və daha əzələli ayaqlara sahib olmaq üçün bu hərəkətləri həftədə ən az 2 dəfə etmək, gündə 30 dəqiqə qaçmaq lazımdır. 

1-ci hərəkət — Ayaqları və qolları çiyin bərabərində yanlara açın. Sol ayağınızı geriyə tərəf əyin və çarpaz olaraq sağ ayağın arxasına qoyun. Bu zaman sağ qolunuzu yana tərəf uzadın və sol qolu sağa tərəf aparın. Daha sonra bu hərəkəti o biri tərəfdə təkrarlayın. Hər bir tərəfdə 20 dəfə təkrarlayın.

2-ci hərəkət — İki ayağınızı çiyin bərabərində açın və dizləri azca bükün. Əllərinizə 2 kq-lıq ağırlıq alın. Nəfəs alın və ombanızı arxaya geriyə çəkin. Qolları yavaşca ayaqlara tərəf endirin. Yavaşca qalxın və başlanğıc vəziyyətinə gəlin. Bu hərəkəti 20 dəfə təkrarlayın.

3-cü hərəkət — Ayaqları çiyin bərabərində yanlara açın. Qolları da yuxarı qaldırın. Daha sonra çömbəlin və qollarınızı aşağı salın. Bu hərəkəti də 20 dəfə təkrarlayın.

4-cü hərəkət - Üz üstə yerə yatın və dirsəkləri yerə qoyaraq əllərinizi öndə birləşdirin. Daha sonra sol ayağınızı sağ topuğun üzərinə qoyun. Dizlərinizi bükün və sağ ayağınızı işlədərək sol ayağı ağırlıq kimi yerdən qaldırın və endirin. Daha sonra eyni hərəkəti o biri ayaqla təkrar edin. Bu hərəkəti də 20 dəfə təkrarlamaq lazımdır.

5-ci hərəkət - Buna “körpü” hərəkəti deyirlər. Qolları yana açaraq uzanın. Ovuc içlərini yerə basın və dizləri bükün. Bu hərəkət ayaqdan başqa, qarın və omba əzələlərini də gücləndirir. Gövdəni düz saxlayaraq çiyindən dizlərə qədər bədəninizi yuxarı qaldırın. Bədəninizi 25 saniyə yuxarıda saxlayın. Bu hərəkəti 3 dəfə təkrarlayın.
Davamı →

Hamiləlikdə dəriyə qulluq

Hamiləlik dövründə analığa namizədlərin bədənlərində bir çox dəyişikliklər yaranır. Hamilə qadınları narahat edən bu dəyişikliklərin təsirini azaltmaq üçün bədənə qulluq etmək labüddür.

Hamiləlik dövrü qadının bədənində bir çox dəyişikliyi sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə hamilə qadınların çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklər bədəninin hər yerinə təsir göstərir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.

Ən çox dəyişik dəridə yaranır. Hamilə qadınların üz dərisində quruluq, döş və qarın nahiyyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilər.

Hamilə qadınlar bədənini yaxşı qorumaq üçün hamiləlik ərzində gigiyenik qaydalara və bədən qulluğuna diqqət etməlidir. Dərisində quruluq yaşayan bir qadın normal sabun istifadə etmək yerinə, dərini nəmləndirən, qliserin tərkibli sabunlardan istifadə edə bilər. Vanna qəbul edərkən bədən üçün yağlardan, duşdan çıxdıqda isə mütləq nəmləndirici kremlərdən istifadə etməlidir. Omba, qarın bölgəsində və döşdə meydana gələ biləcək çatlaqlara qarşı nizamlı olaraq bu bölgələri badam yağı, kakao yağı və ya çatlaqlar üçün kremlər sürtərək masaj etmək lazımdır.
Ardı →

Üz dərisinin pilinqi

Pilinq — hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda, 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.

Pilinq sözü — qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilingin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.

Yüngül pilinq — meyvə turşularının əsasında baş verir. Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s kimi turşu məhlullarıdır. 

Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o, xəstə və solğun görkəm alır.

Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.
Ardı →

Selülitdən azad olmaq mümkündür

Statistikaya əsasən selülit yaşlı və ya cavan, arıq və ya kök olmasından asılı olmayaraq 85% qadınlarda var. Bu problem artıq çəkidən deyil, həyat tərzindən asılıdır.

Nə qədər hərəkət etməniz, əsəb keçirməniz, qida rasionunuz və gündəlik nə qədər su içməniz buna təsir edir. Bu əlamətləri nəzərdən keçirərərək dərinizdə bu problemin niyə yaranmasına cavab tapa bilərsiniz.

Selülit — lipid torun zədələnməsi deməkdir. Ona mikroskop altında baxarsaq, onun bal şanısına oxşar hüceyrələrdən ibarət olduğunu görə bilərik. Sadəcə burada bal əvəzinə piy yiğimi var. Orqanizm normada olduqda dəri də normada olur və bu tor görünməz olur. Lakin, stresslə qarşılaşdıqda, fast food istifadə etdikdə, az hərəkət etdikdə, siqaret çəkdikdə və çəki yiğdıqda bəhs etdiyimiz şanı piylə dolur və dəridə selüit əmələ gəlir. Ondan azad olmaq üçün isə yalnız iş sistemi kömək edir. Beləliklə bu problemdə azad olmaq üçün bir neçə məsləhət:

1. Salon prosedurları
Selülitin ilk səbəblərindən biri — qan dövranın pozulamsıdır ki, bu da qan damarlarının pis işləməsi nəticəsində olur. Selülit problemi daim şiş və artıq çəki ilə paralel getdiyindən, onun müalicəsində bu gün çox istifadə olunan mezoterapiya çox effektiv sayılır.
Ardı →

Gözəllik xətaları

Qadınların gündəlik həyatlarında etdikləri bir çox gözəllik xətaları onların yaşlanma prosesini sürətləndirir, dərini korlayır və zamanından daha tez yaşlı görünmələrinə səbəb olur. 

Dəri aşındırıcılardan çox istifadə
Təmiz dəri üçün həddindən çox dəri aşındırıcı istifadə etməkdən qaçının. Sərt təmizlik üzünüzün yağ ifrazını və səpkiləri artırır. Evdə həftədə bir və ya iki dəfə yüngül skrablardan istifadə edin və ayda bir dəfə salona gedərək yüngül qlikolik pilinq etdirin.

Dərinin hədsiz yüklənməsi 
Eyni vaxtda müxtəlif vasitələrdən istifadə etmək dərinin həssaslığını və ləkələri artırır.

Məhsulu istifadə etməzdən əvvəl tərkibini oxumalı və maddələri qarışdırmamaq lazımdır. Məhsulun tərkibində retinol, qlikol turşusu, C vitamini və benzolperoksid olmasına diqqət etmək lazımdır. Bir maddəni üzünüzə vurduqda dərinizin ona reaksiya vermədiyinə əmin olduqdan sonra digərini tətbiq etmək lazımdır.
Ardı →

Eşşək südündən gözəllik maskaları


Gözəlliyi ilə tanınan Misir kraliçası Kleopatranın istifadə etdiyi eşşək südündən hazırlanan dəri üçün maskalar xanımları bir çox dərddən xilas edir. Belə ki, sızanaq, qara nöqtə və ləkələri aradan qaldırır.

Türkiyənin bir kosmetika firması tərəfindən istehsal edilən eşşək südü dəri gözəlliyinin qeydinə qalan qadınların diqqətini çəkib.

Əfsanələrə görə, Misir kraliçası Kleopatra da eşşək südündən dəri gözəlliyi üçün istifadə edib. Hazırda ransız kosmetika şirkəti ilə əməkdaşlıq edərək maskanın tərkibini dəyişdiriblər.

Maskanın tərkibində B və D vitaminləri var. B vitamini dərini parıltılı edir, D vitamini isə ərini yeniləyir və qidalandırır.
Davamı →

Üz üçün gimnastika və masaj

Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.
Ardı →